Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov (FOTO)

00:37 - 30 Dekabr
    1190 oxunma

1977 ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuşam. Azərbaycan Texniki Universitetini bitirmişəm. 104 saylı Gədəbəy Tovuz seçki dairəsində baş məsləhətçisi, Gədəbəy rayon icra hakimiyyəti başçısının köməkçisi vəzifələrində çalışmışam və hazırda Milli Məclisinin deputatı Arzu Nağıyevin köməkçisi kimi işləyirəm. Ailəliyəm, 3 övladım var.

Vətən müharibəsində qələbəmizi əldə etdiyimiz günə kimi Kəlbəcərdə, Murovdağda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və sığınacaqlarının məhv edilməsində birbaşa iştirak etmişəm.

Bugün isə cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişəm. Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyevin köməkçisi, ikinci Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Elşad İsmayılov bildirib.

Onun sözlərinə görə, o, Vətən müharibəsinə könüllü olaraq qatılıb: "Sentyabr ayının 21-dən hərbi təlimlərə qatılmışam. Döyüşlərin ilk gününün səhər saatlarında artıq Murovdağdan Kəlbəcər istiqamətində döyüşmüşük. Qələbə gününə kimi xidmət etdiyim artilleriya divizionunda düşmənin bir çox canlı qüvvəsi, hərbi texnikası və sığınacaqlarının məhv edilməsində birbaşa iştirak etmişəm.

Orada hər bir kəs qələbə nəticəsini əldə etmək üçün əlindən gələni edib. Batareyamız bütün verilən hədəfləri vaxtında və dəqiq zərbələrə dağmadağın edib. Nəhayət, 10 noyabr Ermənistanın kapitulyasiyasından sonra Cənab Prezidentin sərəncamına əsasən, 24 dekabrda tərxis olunmuşam".

E.İsmayılov qeyd edib ki, 44 günlük müharibədə o, iki dəfə ölümdən qurtulub: "Döyüşlər zamanı insan canını deyil, vətəni düşünür. Yalnız bir amal üçün döyüşürsən, qalan şeylər ikinci planda olur. Yadımdadır ki, iki dəfə ölümdən qurtulmuşam, hər ikisində də döyüş yoldaşıma borcluyam. Belə ki, döyüş tapşırığını yerinə yetirən zaman, hərbçi yoldaşım məni çağırırdı və təcili onun yanına gəlməyimi xahiş etdi. Onun yanına getdim və üzərindən 10 saniyə keçmişdi ki, mən olduğum əraziyə düşmən mərmisi düşdü. Bu hal iki dəfə baş verib və xoşbəxtlikdən hər ikisində də salamat qalmışam".

Baş leytenant sonda başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirib. O qeyd edib ki, hərbçilərimizin əldə etdiyi nailiyyətlərdə Prezident İlham Əliyevin töhfəsi var.

Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov (FOTO) - Gallery Image

Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov (FOTO) - Gallery Image

Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov (FOTO) - Gallery Image

Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov (FOTO) - Gallery Image

Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum - Elşad İsmayılov (FOTO) - Gallery Image

 

 

 

 

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84