Vətən Müharibəsi şəhidinin xatirəsinə həsr olunan beynəlxalq yarışa start verildi
-
10040 oxunma
SİZİN REKLAM YERİNİZ - ok
.jpg)
Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.
Bizimxeber.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AİJF prezidenti Qabil Mehdiyev, şəhidin əmisi, qurumun İdarə Heyətinin üzvü Elşən Məmmədov, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, beynəlxalq qrossmeyster Vasif Durarbəyli, şəhidin qardaşı Fərid Məmmədov, yarışın baş hakimi Fidan Talıbova və şahmatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Q.Mehdiyev bildirib ki, Vətən Müharibəsində itirdiyimiz şəhidlər arasında idmançılar da az olmayıb. O, şəhidlərin adlarını uca tutmağa çalşdıqlarını söyləyib.
Zəfər Kubokunda əcnəbi şahmatçıların da iştirak etdiklərini xatırladan R.Abbasov bütün qrossmeysterlərə uğurlar arzulayıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84