Venesuelada parlament seçkiləri - Maduro qalibiyyətini elan etdi

11:58 - 07 Dekabr
    2850 oxunma

Dekabrın 6-da Venesuelada parlament seçkiləri keçirilib, səslərin 82 faizi artıq sayılıb. Venesuelanın milli seçki komissiyasının son açıqladığı rəqəmlərə görə, seçkilərdə hakimiyyət yönümlü sosialist partiyaların alyans bloku 67 faizlə liderlik edir.

Müxalifət yönümlü demokratik partiyalar ittifaqı 17,95 faiz səslə ikinci yerdədir. Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarını sosialist hərəkatının qazandığı qələbə münasibətilə təbrik edib və irəlidəki dövrdə dəyişikliklərin ediləcəyini və ölkə iqtisadiyyatının bərpasına diqqət ayrılacağını bildirib.

Qeyd edək ki, bazar günü keçirilən seçkilərdə 107 siyasi partiya və 14 mindən çox namizəd iştirak edib. Müxalifət lideri Xuan Quaydo da daxil olmaqla 20-dən çox partiya seçkiləri boykot edib.

Bizmxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84