. .

Venera Şadlıq evinin altı ilə illərdir şirin su küçəyə axır - Sakinlər şikayət edir - FOTOLAR - Yenilənib

14:21 - 27 Aprel
    29226 oxunma

Sabiq FHN məmuruna məxsus şadlıq sarayının zirzəmisindəki generator təhlükə mənbəyidir...

Bakıda içməli su uzun illərdir küçəyə axıdılır. 

Bizimxeber.az-a müraciət edən Nizami rayonu, Babək prospekti 37 c ünvanının sakinləri və ərazidə işləyən obyekt sahibləri bildirir ki, məlum problemlə bağlı dəfələrlə Nizami Rayon Sukanal İdarəsinə müraciət etsələr də nəticəsi olmayıb. İdarə əməkdaşları sadəcə gəlib baxıb və gediblər.

Sakinlər bildirir ki, su ərazidə yerləşən Venera Şadlıq evinin altından gəlir. Daha təhlükəli hal odur ki, su illərdir elektik generatorunun altı ilə axır. Bu isə küçə ilə hərəkət edən insanlar üçün təhlükəlidir.

Şəkillərdən də görünüdüyü kimi gur su elektrik generatorunun altı ilə axır və böyük təhlükə yaradır.

İllərdir axan suyun sözügedən şadlıq sarayı rəhbərliyini də narahat etmir. Sakinlər bildirir ki, dəfələrlə Venera Şadlıq sarayının rəhbərliyinə problemin həll edilməsi xahiş olunsa da nəticəsi olmayıb. Üstəlik illərdir axan su binanın özülü və küçənin asvalt örtüyü üçün də təhlükə yaradıb. Axan su Babək prospekti boyu uzanır.

Sakinlər bildirir ki, sözügedən şadlıq evi Fövqəladə Hallah Nazirliyinin şöbə müdiri Fəxrəddin Sadıqov adlı məmurundur. Bu problem isə onu qəti narahat etmir.

FHN məmurunun təhlükəsizlik tədbirlərinə belə laqeyd qalmadı başadüşülən deyil. Görünür, Fəxrədddin Sadıqovu Şadlıq sarayının altındakı problemdən daha çox üstündəki xeyir maraqlıdır. 

Hər halda aidiyyatı qurumlar bu problemin aradan qaldırılmasına nail olmalıdır. Çünki, ölkənin su qıtlığı ilə üzləşdiyi zamanda içməli suyun küçəyə axıdılması doğru deyil.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a bildirilib ki, yazıda adıkecən Fəxrəddin Sadıqov 2019 cu ilin aprel ayından işdən uzaqlaşdırılıb və hazırda FHN də çalışmır. 

Bu gün "AzərSu" əməkdaşları yenidən əraziyə gələrək bir daha suyun haradan gəldiyini müəyyənləşdirməyə çalışıblar. Bir daha bəlli olub ki, illərdir axan su şadlıq sarayına məxsus zirzəmidə yerləşən generatorun altından gəlir. Problemin həlli üçün generator çıxarılmalıdır.

Təəssüflər olsun ki,  yenə də problem həll olunmayıb və idarə əməkdaşları geri gondərilib.

Ərazidə təhlükə davam edir.

Mövzuya qayıdacağıq.. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84