Vəndam kəndində generalın evinin qarşısından bayraq niyə götürülüb? - Rəsmi açıqlama

19:15 - 29 İyul
    5165 oxunma

Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhid general-mayor Polad Həşimovun evinin qapısından bayraq götürülüb. Vəndam sakinləri qəsəbə icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirlər. "Şəhidimiz o bayraqdan ötrü canını verib" deyən vətəndaşlar bu yanlışın dərhal aradan qaldırılmasını tələb edirlər.

AFN belə xəbər verir. Bizimxeber.az bildirir ki, Bizimyol.info  məsələnin məğzini öyrənməyə çalışıb, Vəndam kənd Bələdiyyəsinin sədri Asif Həşimovla əlaqə saxladıq. Asif Həşimov bildirdi ki, şəhid generalımıza Vəndam kəndində böyük hörmət var və heç kim ona qarşı hörmətsizlik etməz.

“Polad Həşimov təkcə bizim Vəndamın yox, türk dünyasının oğludur, bütün Azərbaycanın generalıdır. Onun evinin qarşısındakı bayraq ona görə götürülüb ki, ölüm xəbəri yayılan gün evinin yerini bildirmək üçün kəndin cavanları öz təşəbbüslərilə o bayrağı generalın evinin qabağında işıq dirəyindən asdılar. Biz də düşündük ki, mərhumun yeddisi çıxana qədər bayraq orda qala bilər. Lakin bayrağın işıq dirəyindən asılması da düz olmazdı.

Bu gün ölkə başçısı Cənab Prezident İsmayıllı və Qəbələ rayonuna səfər edir.

Keçdiyi yolla mərhumun evinin arasında çox az məsafə var. Bayrağın işıq dirəyindən asılması xoş görünmürdü, Onu daha səliqəli şəkildə yenidən asacağıq. Dünən generalın evinin qarşısında biz səliqə sahman işləri aparmışıq, orda tikinti materialları var idi, onları yğışıdırdıq səliqəyə saldıq. Bələdiyyənin işçilərini başqa işə göndərmişdik, mən küçədəki bir iki cavandan kömək etməyi xahiş etdim, dedilər yorulmuşuq.

Elə Polad sevən idiniz kömək edəydiniz də. Hər şeyi böyüdüb, mediaya başqa cür təqdim etmək olmaz. Poladın şəklini böyütdürüb bələdiyyənin qarşısındakı meydandan asmışıq.Polad bizim ürəyimizdədir. Polad elə bir yaxşı oğul idi ki, inanmıram kimsə onu sevməsin. Kənddə hamı bir-birinə qohumdur, elə mənə də qohum idi. Kəndə az – az gəlirdi, amma gələndə də fikri xəyalı orduda qalırdı.Elə ünsiyyət qururdu ki, onu general olduğuna görə yox, elə öz xarakterinə görə hörmət edirdilər”,- deyə bələdiyyə sədri bildirib.

Bələdiyyə olaraq generalın adının əbədiləşdirilməsi barədə sualımıza cavab olaraq Asif Həşimov qeyd etdi ki, generalın adı o qədər böyük və əzəmətlidir ki, onun adını bir küçəyə yox, şəhərə vermək lazımdır. “Kiçik işlərlə onun adını cılızlaşdırmaq olmaz” .

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84