Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi - FOTO

12:02 - 24 Yanvar
    9800 oxunma

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:"Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik.

Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!",-deyə, Anar Bağırov əlavə edib.

Qeyd edək ki, son 2 ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Hidayət Məmmədov, Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, Elburus Mehralıyev və İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Bizimxeber.az
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84