“Vedomosti” Azərbaycan Prezidentini ilin siyasətçisi seçdi

12:29 - 25 Dekabr
    1040 oxunma

Rusiyanın məşhur "Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə "İlin siyasətçisi” seçilib. 

Nəşr yazır: "İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”. İlin siyasətçiləri siyahısında həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-da prezident seçkisində qalib gələn Cozef Bayden də var.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84