Vaşinqtondan Türkiyəyə növbəti S-400 tələbi - "İmtina et"

11:19 - 16 Fevral
    9200 oxunma

ABŞ Dövlət Katibi Entoni Blinken Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu ilə rəsmi Ankaranın Rusiya istehsalı olan  S-400 hava müdafiə sistemlərini satın alması məsələsini müzakirə etdi və türkləri növbəti dəfə bu sistemlərdən imtina etməyə çağırdı. Əslində aylardır Türkiyə ilə ABŞ arasında bu mövzuda ciddi müzakirə gedir.

Rəsmi Ankara isə ABŞ-ın S-400-dən imtina etmək tələblərinə tabe olmayacağını bir daha bəyan etdi.

Əvvəla amerikalılar Ankaraya bunun əvəzində heç nə təklif etmir. Diğər tərərfdən Türkiyə S-400-dən və diğər öhdəlikləri yerinə yetirməkdən imtina etsə, cərimə ödəmək məcburiyyətində qalacaq. Bu Türkiyə üçün nə iqtisadi, nə də siyasi baxımdan sərfəli deyil. İndiki vəziyyətdə bu çağırışın heç bir təsiri də yoxdur. Sistemlər artıq satın alınıb və Türkiyədə xidmətdədir. 

Belə olan təqdirdə ABŞ-ın türkləri inandırması üçün fövqəladə bir səy göstərməsi lazım olacaq. Məsələn, alternativ olaraq "Patriot" sistemlərini təklif edilə bilər.

Hələliksə bu baş vermir. Rəsmi Vaşinqtonun Ankaraya "Patriot" verəcəyi hələ də sual altındadır. Məhz buna görə, Türkiyə rusların S-400 komplekslərini almaq qərarı vermişdir.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan son Rusiya S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu il iyulun ortalarında başlayıb. Vaşinqton, son F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salacağını və ya hətta ləğv edəcəyini, CAATSA-nın  (Amerika Düşmənlərinə Qarşı Mübarizə Qaydaları) qanununa uyğun olaraq sanksiya tətbiq etməsi ilə hədələyərək müqavilədən imtina etməsini tələb edir.

Adil
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84