. .

Vaşinqton S-400-lərə görə Türkiyənin Pakistana helikopter satmasına əngəl olub

17:31 - 08 Mart
    7107 oxunma

“Vaşinqton Türkiyənin 30 ədəd ATAK helikopterinin Pakistana çatdırılmasına əngəl olub”. Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Bloomberg” agentliyinə müsahibəsində ABŞ-ın Rusiya istehsalı S-400 zenit raket komplekslərinin alınmasına görə Ankaraya tətbiq etdiyi sanksiyaların nəticəsindən danışarkən bildirib. 

“Bu, ehtimal ki, sözügedən tenderin Çinə getməsinə səbəb olacaq və burada uduzan ABŞ olacaq”, - deyə İ.Kalın bildirib. Türkiyə prezidentinin sözçüsü bildirib ki, ABŞ-ın “Patriot” hərbi hava hücumundan müdafiə (HHM) sistemlərinin Türkiyəyə tədarükündən imtina etməsi səbəbi ilə Ankara S-400 almağa qərar verib.

Eyni zamanda Fransa da Türkiyənin Suriyadakı fəaliyyətləri səbəbi ilə “Eurosam” Fransa-İtalya konserninin hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı bu ölkə ilə danışıqları dayandırıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84