.
.

"Vaşinqton Moskva ilə əməkdaşlığa açıqdır" - Ned Prays 

13:08 - 06 Aprel
    10320 oxunma

ABŞ Rusiyanı Ukraynanın şərqində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Vaşinqton Moskva ilə əməkdaşlığa açıqdır. ABŞ həmçinin Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə və Krımda vəziyyəti gərginləşdirə biləcək addımlar atmayacağına dair verdiyi vədlərinə güvənir. 

Qeyd edək ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna tərəfi təxribatın qurbanı ola bilər. Onun sözlərinə görə, Ukrayna hökuməti Minsk razılaşması ilə bağlı öhdəliklərini yerinə yetirmir ki, bu da vəziyyəti mürəkkəbləşdirir, daha da gərginləşdirir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84