Vaşinqton merindən tələb - "Milli Qvardiyanı geri çəkin!"

10:46 - 05 İyun
    1750 oxunma

Vaşinqton meri Myuriel Bouzer ABŞ-ın digər bölgələrindən gələn Milli Qvardiya kontingentinin şəhərdən çəkilməsini tələb edib.

Mer mətbuat konfransında paytaxta gətirilən hərbçilərin şəhərdən çıxarılması istəyində olduğunu bildirib.  

Onun sözlərinə görə, Vaşinqton hakimiyyəti şəhərdə ictimai qaydanı təmin etmək üçün əlavə qüvvələr tələb etməyib. O, əlavə edib ki, başqa bölgələrdən əlavə hərbi kontingentin gətirilməsi barədə qərarın Federal hakimiyyət tərəfindən deyil, məhz şəhər səviyyəsində verildiyini söyləyib.

Xatırladaq ki, mayın 25-də afrroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi kütləvi iğtişaşlara səbəb olmuşdu. ABŞ rəhbərliyi Milli Qvardiya qüvvələrinin etiraz aksiyalarının yatırılmasına cəlb edilməsi haqda göstəriş vermişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84