.
.

Vasif İsmayıl qəzaya düşdü

13:45 - 28 Mart
    8320 oxunma


Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.

Bizimxeber.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

“Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı. Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84