“Varlı dövlətlər COVID-19 peyvəndlərinin çoxunu satın alıblar“ - Baş direktor

11:35 - 09 Yanvar
    1470 oxunma

36-sı yüksək, 6-sı orta gəlirli olan 42 ölkədə COVID-19-a qarşı vaksinasiya başlayıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd edilib. ÜST rəsmiləri aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin vaksinasiyaya maddi imkanı olmamağından narahatlıq ifadə ediblər.

ÜST baş direktoru Tedros Adhanomun sözlərinə görə, kasıb ölkələr vaksin ala bilmədiyi halda, varlı dövlətlər COVID-19 peyvəndlərinin çoxunu artıq satın alıblar: “Zəngin və orta gəlirli ölkələrin vaksin istehsal edən şirkətlərlə əlavə ikitərəfli razılaşmasının olması isə vaksinin qiymətinin artmasına səbəb olur. Nəticədə COVID-19-a yoluxma ilə bağlı risk qrupuna daxil olan insanların əksəriyyəti vaksinasiyadan kənarda qala bilər. Peyvənd təəssübkeşliyi hamımızı incidir və özümüzü məhv edirik.

Təşkilat rəsmisi qeyd edib ki, dünyadakı yüksək gəlirli ölkələrin yüzdə 50-sində vaksinasiya həyata keçirilir: “Aşağı gəlirli ölkələrin isə heç biri bu prosesə başlamayıb. Qeyri-bərabər giriş var. Orta gəlirli ölkələrin yüzdə 6-sı peyvənd olunur. Xəritənin rəngini dəyişdirməliyik”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84