Vaqner Lav Qazaxıstanın "Kayrat"ına keçib

02:10 - 24 İyun
    4335 oxunma

Braziliyalı futbolçu Vaqner Lav karyerasını Qazaxıstan klubunda davam etdirəcək.

Bizimxeber.az xəbər verir ki, “RT”nin braziliyalı jurnalisti Fabio Alyoşonun sözlərinə görə, "Kayrat" ilə müqavilə dekabra qədər imzalanıb. O, həmçinin Vaqnerlə Kazanın "Rubin" komandasının maraqlandığını, lakin Lav “Kayrat”ı seçdiyini bildirib.

Vaqver Lav da öz İnstagram səhifəsində Qazaxıstana köçməsi  barədə məlumat verib.

"Yeni komanda ilə çox xoşbəxtəm", — deyə Vaqner yeni futbol klubunun profilini qeyd edib.

Qeyd edək ki, futbolçu 2004-cü ildən 2011-ci ilə qədər və 2013-cü ildə CSKA-nın tərkibində oynayıb. Bu müddət ərzində üç dəfə Rusiya və altı dəfə Rusiya Kubokunun qalibi olub. 2005 və 2008-da Lav UEFA Kubokunun qalibi olub. 2008-ci ildə Rusiya birinciliyinin ən yaxşı bombardiri seçilib.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayınadək Rusiya yığmasının keçmiş futbolçusu Andrey Arşavin də "Kayrat" klubunun şərəfini qoruyub.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84