.
.

Valideynləri məcburi peyvəndə göndərən direktorla bağlı qərar verildi

16:33 - 31 Mart
    6200 oxunma


Ötən gün xəbər verdiyimiz kimi, Novxanıdakı Mehdi Hüseynzadə adına 1 məktəbin direktoru Mirzəyeva Taliə “Votsap” vasitəsilə yuxarı sinif şagirdlərinin valideynlərinə müraciət edərək kənddə yoluxmanın həddən artıq yayıldığını bildirib.

O, valideynləri peyvənd olunduğuna dair sənəd təqdim etməyən şagirdləri imtahana buraxmamaqla hədələyib: “Mən sizdən xahiş etdim. Amma əgər xahişə baxmayacaqsınızsa, valideynlərinin peyvənd olunmasına dair sənəd olmasa, mən də 9 və 11-ci siniflərin şagirdlərinə imtahan üçün tələb olunan arayışları təqdim etməyəcəyəm. Ola bilsin, şagirdlərdən imtahanda da valideynlərlə bağlı sənəd tələb olunsun”. 

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ RTŞ tərəfindən araşdırılıb: "Məlum olub ki, əhali arasında yoluxma sayının artması ilə əlaqədar Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliə Mirzəyeva valideynlərə müraciət edərək onları vaksinasiya prosesinə fəal şəkildə qoşulmağa çağırıb.

Məktəbə gələn şagirdlərin evdə yoluxma riskinin müəyyənləşdirilməsi məqsədilə bu barədə məktəb rəhbərliyinin məlumatlandırılmasını xahiş edib. Həmçinin bildiririk ki, direktorun valideynləri vaksinasiya olunmayan IX və XI sinif şagirdlərinə imtahanlara buraxılış vərəqələrinin verilməyəcəyi ilə bağlı söylədiyi fikirlər reallığı əks etdirmir və şagirdlərin buraxılış vərəqələri ilə vətəndaşların vaksinasiya prosesinin heç bir əlaqəsi yoxdur.

Belə ki, şagirdlər DİM tərəfindən yaradılmış “Şagird-məzun” sisteminə daxil olaraq özləri buraxılış vərəqələrini çap edə bilərlər. Məsələ ilə bağlı direktor Taliə Mirzəyeva ilə müvafiq söhbətlər aparılıb və ifadələrində yol verdiyi yanlışlıqlara görə ona xəbərdarlıq edilib".

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84