Vaksinlərin ölümə səbəb olacağı ilə bağlı iddialara TƏBİB-dən - Reaksiya

10:20 - 16 Yanvar
    5280 oxunma

“Son günlər sosial şəbəkələrdə yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına görə TƏBİB tərəfindən kompensasiya veriləcəyi ilə bağlı şayiələr həqiqəti əks etdirmir. TƏBİB tərəfindən belə bir açıqlama verilməyib. Ümumiyyətlə, sözügedən məsələlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə aid deyil”. 

Bu barədə Bizimxeber.az TƏBİB-dən daxil olan məlumatda bildirilir. “Qeyd olunmalıdır ki, bu günədək Azərbaycanda  hər hansı vaksinlə əlaqəli fəsadın yaranması və ölümə səbəb olması faktı qeydə alınmayıb. İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar.

Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndə gəldikdə isə bir daha bildirmək istərdik ki, 3-cü klinik fazanı keçən bütün vaksinlərin təhlükəsizliyi və effektivliyi yüksək qiymətləndirilir. Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək- baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər əks göstəriş deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkətlər tərəfindən yalnız peyvəndin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir. Deyilənləri nəzərə alaraq, vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik. Pandemiya ilə mübarizə dövlətimizin təhlükəsizlik məsələsidir və ümid edirik ki, həmrəyliyimiz nəticəsində bu mübarizədə də qalib olacağıq”, - deyə məlumatda vurğulanıb.

Bizimxeberaz

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84