Umayra Tağıyeva: "Yaxın həftə ərzində qar yağmayacaq"

16:43 - 08 Yanvar
    1640 oxunma

"Bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır”. Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Xidmət rəisi bildirib ki, qar prosesləri adətən yanvar və fevral ayına təsadüf etsə də, son zamanlar bu müşahidə olunmur. U.Tağıyeva vurğulayıb ki, etibarlı proqnozlar yalnız 3-4 günü əhatə edir: "Ona görə də əminliklə deyə bilərəm ki, yaxın həftə ərzində qar yağmayacaq”. 

Xidmət rəisi bildirib ki, ilə yeniliklərlə başlayıblar: "Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün bu gündən ETSN-nin Meteo.az saytına daxil olmaqla hava haqqında məlumatları daha geniş əldə etməkk olacaq. Məqsəd ondan ibarətdir ki, istənilən insan Bakı şəhəri və respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin. Proqnozların etibarlı olması üçün bütün səyləri göstərəcəyik".

U.Tağıyeva qeyd edib ki, Meteo.az saytında videomateriallar olacaq: "Saytda fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84