Ukraynaya casusluq etməkdə günahlandırılan rus zabiti həbsxanada dava saldı
-
7800 oxunma

Ukraynaya casusluqda və vətənə xəyanətdə günahlandırılan rus zabiti Ruslan Artykov, Lefortovo təcridxanasının əməkdaşları ilə dava edib. Bizimxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva İctimai Nəzarət Komissiyasından məlumat verilib. Hücum anını əks etdirən videoyazılar hadisənin səbəblərini aydınlaşdırmaq üçün Rusiya İstintaq Komitəsinə təhvil verilib.
Qeyd edək ki, noyabrın 2019-cu ildə baş leytenant rütbəli rus zabiti Rostov vilayətində FSB əməkdaşları tərəfindən tutulub. Onu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GRU) təlimatı ilə Rusiya Silahlı Qüvvələri haqqında gizli hərbi məlumat toplamaqda şübhəli biliblər.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84