Ukraynada saxlanılan milyon yarımlıq qaçaq siqaretlər kimindir? - VİDEO 

12:06 - 09 Sentyabr
    2240 oxunma

Ötən gün yayılan məlumatlarda qeyd olunurdu ki, Ukraynanın Odessa vilayətinin Qara dəniz limanında dəyəri təqribən 23 milyon qriven (təxminən 1 milyon 407 min manat) olan 1185 yeşik rekord həcmdə sayıla biləcək qaçaq siqaret çay adı altında Ukraynaya keçirilərkən saxlanılıb. 

Bizimxeber.az xəbər bildirir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayııb. "Həcminə görə son dövrlərin ən irihəcmli qaçaqmalı sayılan siqaretlər dünən Urraynaya keçirilərkən Odessada Qara dəniz limanında ələ keçirilib. İşbazlar istəylərini reallaşdırmaq üçün siqaret dolu yeşikləri çay adı altında limana daxil ediblər.

Sərhədçilər yük maşını konteynerlərində 1185 yeşik qeydiyyatdan yayındırılmış əcnəbi istehsal olan siqaret ələ keçiriblər. Tütün məmulatlarının təqribi qiyməti 23 milyon qriven təşkil edir", - deyə məlumatda bildirilir. Qaçaq siqaretlər Qara dəniz limanına teploxodla Gürcüstandan gətirilib. Qeyd edək ki, ələ keçirilən qaçaqmal Naxçıvan istehsalı olan "Want" və "Keno Club" marka siqaretlər olub.

Elə isə maraqlıdır, Qaçaq siqaretlər Qara dəniz limanına teploxodla Gürcüstandan gətirilibsə bəs, Azərbaycandan Gürcüstana necə aparılıb? Görəsən Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və diğər qurumlar bu siqaretlər barədə hansı məlumata malikdir? Bu barədə hələlik nə DSX, nə də Dövlət Gömrük Komitəsi heç bir məlumat vermir. Dəyəri təxminən 1 milyon 407 min manat olan bu qaçmalı ölkədən çıxarılmasına kimlər şərait yaradıb? Hələlik bu suallar da açıq saxlanılır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84