Ukraynada qumbaralı şəxs polis polkovnikini girov götürdü

14:40 - 23 İyul
    8590 oxunma

Ukraynada girov götürmə hadisəsi baş verib. Bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını əl qumbarası ilə hədələyib. Bəzi məlumatlara görə, bir polis məmuru girov götürülüb. Hadisə Poltava şəhərində, Ostap Vişnya küçəsində, inzibati məhkəmə binasının yaxınlığında baş verib. Şübhəli şəxsin tutulması üçün xüsusi əməliyyat aparılır.

Bu arada, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşşenko "Facebook"da girov haqqında məlumatı təsdiqləyib. Məlum olub ki, cinayətkar bir hüquq-mühafizə orqanının əməkdaşını polis polkovniki ilə mübadilə etməyə hazır olduğunu deyib.

Son məlumata görə, artıq polis əməkdaşlarının mübadiləsi baş verib. Kişi Poltava bölgəsindəki Milli Polis Baş İdarəsi rəhbəri polis polkovniki Şiyanla birlikdə avtomobildə qalıb. Kiyevə tərəf gedirlər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84