Ukraynada koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın baş verib
14:23 - 04 Fevral
-
20240 oxunma

Ukraynanın Zaporijya vilayətinin infeksion xəstəliklər xəstəxanasında güclü yanğın nəticəsində azı 4 nəfər həlak olub.
Bizimxeber.az bildirir ki, vilayət administrasiyasının yaydığı məlumata görə, xəstəxananın reanimasiya şöbəsində baş verən yanğın nəticəsində üç xəstə və bir həkim həlak olub. Həmin şöbədə əsasən koronavirusa yoluxmuş xəstələr müalicə alır.
Yanğın yanvarın 4-nə keçən gecə baş verib. Hadisə yerinə 16 texnika və 60 yanğınsöndürən cəlb edilib. Səkkiz nəfər xilas edilsə də, dörd nəfərin cəsədi tapılıb.
Loading...
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84