Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcək

15:11 - 29 Oktyabr
    3960 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində COVID-19 pandemiyasına qarşı mübarizə qərargahına rəhbərlik edəcək. Bu barədə “RBC-Ukrayna” xəbər yayıb. Ölkədə koronavirus üçün kütləvi testlərin aparılması, laboratoriya potensialının artırılması və xəstəxanaların koronavirus müalicəsi şöbələrinə çevrilməsi təmin ediləcək.

 Pulsuz test və təcili yardım üçün simptomları olan və ya koronavirus xəstəliyindən əziyyət çəkən ukraynalılar üçün vahid Ukrayna çoxkanallı telefon xətti də tətbiq olunur. Ümumi gücü gündə 100 mindən çox tədqiqat aparacaq dövlət regional virusoloji laboratoriyalar şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Ukraynadakı koronavirusa görə fövqəladə vəziyyət 31 dekabr 2020-ci il tarixinədək uzadılıb. Qeyd edək ki, Ukraynada 370 417 nəfərdə koronavirus müəyyən edilib.

Bizixmeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84