.
.

Ukrayna yeni yoluxmaya görə Avropada birinci yeri tutdu

12:16 - 07 Aprel
    7720 oxunma


Gün ərzində yeni yoluxma sayına görə, Ukrayna dünyada yeddinci, Avropada isə birinci yeri tutdu.

Bizimxeber.az bildirir ki, bu barədə Worldometers yazıb.

Portalın yaydığı statistikaya görə, çərşənbə gününə kimi dünyada 133.026.334 COVID-19 infeksiyası qeydə alınıb, 2.886.069 nəfər isə dünyasını dəyişib. 

Pandemiya dövründə COVID-19 yoluxmanın ümumi sayında lider ABŞ idi - 31.560.438, ikinci Braziliya - 13.106.058 və Hindistan - 12.799.746 nəfər yoluxma ilə üçüncü yerdə dayanır. 

Rusiya sıralamada beşinci yerdədir - 4.597.868 və Ukrayna 16-cı - 1 769 164.

7 aprel tarixində isə bir gündə yoluxma sayına görə, Ukrayna (13.276 hadisə) Avropada birinci yerdə dayandı. Ukraynadan sonra Almaniya (9,600) və Rusiya (8,328) gəlir.  Ayrıca, dünya üzrə gündəlik statistikaya görə, Ukrayna yeddinci yeri tutdu.

Ukraynada bir gündə 20 mindən çox insan koronavirusa yoluxub.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84