Ukrayna XİN-dən Qarabağla bağlı bəyanat

17:25 - 11 Noyabr
    2090 oxunma

Ukrayna Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların Azərbaycan və Ermənistan tərəfindən dayandırılmasını alqışlayır.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb: 

“Hesab edirik ki, növbəti addım bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylərin davam etdirilməsidir.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəyişməz olaraq və qeyd-şərtsiz dəstəkləyir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84