.
.

Ukrayna Rusiyanı hərbi düşmən elan etdi

11:12 - 27 Mart
    14640 oxunma


"Strana” nəşrinin jurnalistləri Ukrayna prezidentinin sakinləri partizan müharibəsinə hazırlaşmağa çağırdığı qənaətinə gəlib.

Bizimxeber.az xəbər verir ki, medianın yazdığına görə, bu, yeni hərbi təhlükəsizlik strategiyasından belə çıxır. Sənəddə geniş militarizasiya və öz ərazisində müharibəyə xüsusi diqqət yetirilir.

Jurnalistlər hesablayıb ki, yeni strategiyada 10 dəfə "müqavimət hərəkatı” sözləri, 34 dəfə "ərazinin müdafiəsi” sözləri təkrarlanıb. Vladimir Zelenski yeni strategiyanı cümə axşamı günü təsdiqləyib.

Bu sənəd NATO-ya qoşulma və ərazinin işğaldan çıxarılması planlarını ehtiva edir. Rusiya Federasiyası "hərbi düşmən” adlandırılır. Sənəddə Moskvanın Ukraynanın dövlət suverenliyi üçün təhlükə olduğu bildirilir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84