Ukrayna Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi
-
11560 oxunma

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası beş rusiyalı, üç ukraynalı və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Bu barədə şuranın mətbuat katibi Aleksey Danilov jurnalistlərə açıqlamasında deyib. Məhdudiyyətlər tətbiq olunan şəxslər siyahısına Vatskovski Konstantin Borisoviç, Boyçenko Vitali Valeryeviç, Lısoqor Sergey Viktoroviç, Maslyuk Aleksandr Nikolayeviç, Popov Mixail Yuryeviç daxildir. Onlar hamısı Rusiya vətəndaşlarıdır.
Sanksiya qoyulan Ukrayna vətəndaşları isə "Müxalif platforma - Həyat üçün" partiyasının lideri Viktor Medvedçuk və onun həyat yoldaşı, "112 Ukraina", Newsone və ZIK telekanallarının rəhbəri Taras Kozakın vətəndaş nikahında olduğu Natalya Lavrenyukdur.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84