. .

Ukrayna NATO-ya daxil olsa, raket 7-10 dəqiqə ərzində düşəcək – Putin

15:17 - 10 İyun
    1948 oxunma


Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı açıqlama yayıb. 

Bizimxeber.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin Ukraynanın NATO-ya daxil edilməsinin arzuolunmaz olduğunu dilə gətirib: “Polşa və Rumıniya NATO-ya daxil olduqdan sonra ABŞ-ın bu bölədən atdığı raketin Moskvaya düşmə vaxtı təxminən 15 dəqiqəyə endi. İndi də fərz edək ki, Ukrayna NATO-ya üzv oldu. Onda Xarkovdan, Dneprdən Rusiyanın mərkəzinə atılan raket 7-10 dəqiqə ərzində düşəcək”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin təcili olaraq NATO-ya daxil edilməsi barədə çağırış etmişdi. Bundan sonra prezident Co Bayden Zelenskini ABŞ-a dəvət etmişdi. /Qafqazinfo/




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84