Ukrayna, muzeydən oğurlanan əsəri Fransaya təhvil verdi
-
7880 oxunma

Ukrayna fransalı rəssam Paul Signacın 2018-ci ildə Nansi şəhərindəki muzeydən oğurlanan "Port La Rochelle" tablosunu Fransaya təhvil verib.
Bizimxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Parisdəki səfiri Vadim Omelçenko öz Twitter hesabında qeyd edib.
"Bunlar yaxşı sona çatan hekayələrdir! Ukraynanın hüquq-mühafizə orqanları və fransız həmkarları ilə komanda işi sayəsində tapılan müəllifi Paul Signac olan oğurlanmış rəsm əsərini Nensi şəhərinə qaytarma mərasimində iştirak etmək şərəfinə sahib oldum. Fransa, Ukraynada etibarlı dost və tərəfdaş olaraq hər zaman bizə etibar edə bilər" - deyə Omelçenko Twitter-də yazıb.
Xatırladaq ki, 2019-cu ilin martında Kiyev polisi, Ukrayna paytaxtının Dnepr rayonu ərazisində keçmiş bir zərgərin öz avtomobilində öldürüldüyü xəbərini vermişdi. Hüquq-mühafizə orqanları hadısədə şübhəli bilinən 3 nəfəri saxlamışdı. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov, polisin qətldə şübhəli bilinən şəxsdən Fransadakı bir muzeydən oğurladığı "Signac" Port La Rochelle" tablosunu ələ keçirdiyini və rəsm əsərini Fransaya qaytaracağını elan etmişdi. Qeyd edək ki, rəsm əsərinin dəyəri 1,5 milyon dollardır.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84