. .

Ukrayna MDB ilə bağlanmış müqavilənin birindən çıxır

12:36 - 14 Aprel
    14283 oxunma

Ukrayna Nazirlər Kabineti növbəti iclasında ölkənin MDB-nin üzvlüyündən çıxması ilə bağlı qanun layihəsini təsdiq etmək niyyətindədir. Hökumətin razılığı ilə qanun layihəsi Ali Radaya baxılmaq üçün göndəriləcək.

Bizimxeber.az bildirir ki, bu barədə Ukraynanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə baş nazirinin müavini Dmitri Kuleba bildirib. 

"12 aprel 1996 -cı ildə Moskvada keçirilmiş və Ukraynanın 22 noyabr 2002-ci il tarixli qanunu ilə ratifikasiya edilmiş tarif imtiyazlarının verilməsi zamanı inkişaf etməkdə olan ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi qaydaları haqqında sazişdən çıxmaq, - deyə sənəddə bildirilir. 

İzahedici qeyddə bildirilir ki, saziş inkişaf etməkdə olan ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi məsələləri üzrə MDB çərçivəsində vahid beynəlxalq hüquqi bazanın yaradılması məqsədilə imzalanıb.

Dmitri Kuleba bildirib ki, sazişdən çıxmaq Ukrayna istehsalçılarının və ixracatçılarının maraqlarına təsir etməyəcək. Çünki qüvvədə olan Ukrayna qanunvericiliyi inkişaf etməkdə olan ölkələr üçün ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının verilməsi nəzərdə tutulmayıb, buna görə də razılaşmanın fəaliyyətinin dayandırılması məqsədəuyğundur.

Qeyd edək ki, daha əvvəl Ukrayna birtərəfli qaydada Rusiya və MDB ilə bir sıra sazişlərin və müqavilələrin bağlanmasını dayandırmışdı.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84