Ukrayna iyunun 15-dən beynəlxalq hava uçuşlarını bərpa edəcək

13:34 - 28 May
    1085 oxunma

Ukrayna karantindən çıxış planına uyğun olaraq, iyunun 15-dən etibarən beynəlxalq uçuşları bərpa edəcək. Eyni zamanda, Ukraynaya gələn hər kəs 14 gün ərzində özünütəcrid qaydalarına riayət etməli və ya müvafiq müşahidə altında qalmalıdır.

Bizimxeber.az bildirir ki, bu barədə brifinqdə Səhiyyə naziri Maksim Stepanov məlumat verib. Onun sözlərinə görə, hazırda avtomobil nəqliyyatı ilə Ukraynaya daxil olmaq və Ukraynadan çıxmaq mümkündür.

“Əgər siz avtomobillə Belarusa və ya Avropa İttifaqı ölkələrinə getmək istəyirsinizsə, artıq bunun üçün icazə tələb olunmur. Bundan əlavə, biz əgər aviauçuşlar barədə danışırıqsa, onlar karantindən çıxış planına uyğun olaraq iyunun 15-dən etibarən bərpa ediləcək.

Lakin mən onu xatırlatmaq istəyirəm ki, Ukraynaya qayıdarkən hər bir kəs müəyyən edilmiş normalar çərçivəsində özünütəcrid qaydalarına riayət etməlidir. Bununla yanaşı, onlar “Дій вдома” proqramına qoşularaq 14 gün özünütəcrid şəraitində qalmalıdılar”, - deyə nazir bildirib.

Tərlan
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84