Uğurlu hərbi əməliyyatımız davam edir – İlham Əliyev

23:44 - 04 Oktyabr
    2070 oxunma

Sentyabr ayının 27-də Ermənistan bizim hərbi mövqelərimizə və mülki şəxslərimizə hücum etdi. Mülki şəxslərimiz bu hücumdan əziyyət çəkmişdir. Mülki şəxslərimiz arasında qurbanlar var. Bu səhərə olan məlumata əsasən 22 mülki şəxs öldürülmüş və 73-ü yaralanmışdır.

Bizimxeber.az verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Əfsuslar olsun ki, bu gün bizdə yenə sadə kəndlilərimiz arasında onlarla yaralı və qətlə yetirilənlər var. Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olmuşdur. Biz əks-hücuma başladıq və bu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistanın atəş mövqelərini susdura bildik. Biz ərazilərin bir qismini, bir neçə kəndi azad edə bildik və bu gün biz 27 il Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini azad etdik.

Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik”, - İlham Əliyev bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84