Uels çempionatında qalibin adı açıqlandı

00:36 - 20 May
    2915 oxunma

Koronavirus pandemiyası üzündən dayandırılan daha bir çempionatın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Uels Futbol Assosiasiyasının rəhbərliyi mövsümün yarımçıq başa vurulmasına qərar verib.

Uels çempionatının 4 liqasının hamısında mövsümə yekun vurulub. Yekun cədvəl komandaların topladığı orta xallarla müəyyənləşib. Bu da onunla bağlıdır ki, klublar müxtəlif sayda oyun keçirib.

Uels çempionu adına “Konnak” yiyələnib. 26 oyunda 56 xal toplayan komandanın göstəricisi 2,15-ə bərabər olub. Bu, komandanın ilk çempionluğudur. TNS 2,00 xalla ikinci, “Bala Taun” 1,88 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, Avropa ölkələrindən yalnız Belarusda çempionatı dayandırılmayıb, Almaniyada isə yarış bərpa olunub. Belçika, Niderland, Fransa, Şotlandiya, Lüksemburq və Cəbəllütariq isə Uels kimi mövsümü erkən başa vurub. Digər çempionatlar, o cümlədən Azərbaycanda mövsümün taleyi qaranlıq qalır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84