"Twitter" Rusiya nümayəndə heyətinin hesabını niyə bağladı?
-
12040 oxunma

Hərbi təhlükəsizlik üzrə Vyana danışıqlarında iştirak edən Rusiya nümayəndə heyətinin "Twitter" hesablarının bağlanmasından sonra yeni "Telegram" kanalı açdı.
Bizimxeber.az bildirir ki, bu barədə Vyanadakı Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Gavrilov "RİA Novosti"-yə açıqlamasında deyib.
O bildirib ki, nümayəndə heyətinin hesabını "Twitter" heç bir səbəb göstərmədən bloklayıb: ""Twitter" bloklayır və daha sonra heç bir izahat vermədən hesabı blokdan çıxarır. bu anlaşılan hal deyil".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə deyib ki, Moskva, Vyanadakı təhlükəsizlik mövzusunda danışıqlarda Rusiya nümayəndə heyətinin "Twitter" hesabının dondurulmasını texniki problem olduğuna ümid edir.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84