Türkiyənin Azərbaycan ərazisindən keçmiş 2-ci ixrac qatarı Çinə çatdı

12:55 - 06 Yanvar
    1730 oxunma

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq Sian şəhərinə çatıb. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC-dən bildirilib.

Blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə çatdırılıb.

Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar Qazaxıstanla sərhədə rekord müddətdə – 10 gün ərzində çatmışdı.

Bu, daşımanın operatoru olan Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətlərinin yaxşı əlaqələndirilmiş işi sayəsində mümkün olmuşdur. Türkiyədə istehsal edilmiş məhsulları Çinə daşıyan konteyner qatarları ayda 2 dəfə olmaqla müntəzəm hərəkət edəcəklər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84