Türkiyəli qazilər Ordumuza səsləndi: “Dayanmayın! Davam edin!”

14:07 - 16 Oktyabr
    920 oxunma

Türkiyədə fəaliyyət göstərən şəhid ailələri, müharibə veteranları ictimai birlikləri Azərbaycana dəstək olub. Azərbaycanın müharibə addımını tam dəstəklədiklərini, inamlarını bildiriblər: “Azərbaycanın tarixi torpaqları olan Qarabağ və ətraf şəhərlər 32 ildir sülh və həll yolu axtaran anti-türk dövlətləri tərəfindən taleyi ilə baş-başa buraxılıb.

Daim ermənilərin ərköyünlüyünə yol verilib. Ancaq əldə edilən son nöqtədə Azərbaycan hökuməti sülh və atəşkəsin hər hansı bir yaraya məlhəm olmadığını, əksinə qaşınmış yaraların içəri qanamaqda olduğunu başa düşdü.

Azərbaycan Respublikası işğal altında olan bütün ərazilərini hərbi əməliyyatlarla işğaldan xilas etmək əzmini və gücünü nümayiş etdirdi. Eyni millətin övladları olan Azərbaycan dövlətini və Azərbaycan türklərini sevənlər, Azərbaycan ordusunu, milli dəyərlərini, Azərbaycan hökumətini, Azərbaycan Türk Ordusunu və Azərbaycan Prezidentini qoruyan bütün vətəndaşlarımıza tam inamımız və dəstəyimiz var!”

Dərnəyin 81 üzvünün adından yazılan məktubda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu qeyd edilib: 

 “Azərbaycan dövlətinə və hakimiyyətinə müraciət edirik: Həm ordunuz, həm də millət sizin yanınızdadır. Həmçinin sərhəddən kənardakı qardaşlarınız yanınızdadır.

Dayanmayın! Davam edin!”

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84