“Türkiyədən avtomobil gətirib satırdım” - Dmitri Peskov
-
1220 oxunma
.jpg)
“Çətin vaxtlar idi. Hərə bir şeylə çörəyini qazanırdı. Mən özüm Türkiyədən, Ankaradan Moskvaya maşın gətirib satırdım. Bolqarıstan, Rumıniya, Moldova, Ukraynadan keçmək mümkün idi. Ancaq bərə ilə daha rahat idi. Bilirsiniz ki, diplomat (1990-cı illərdə Peskov Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı idi. – Red.) bir neçə aydan bir, bir avtomobil gətirmək imtiyazına malik idi. Və bu avtomobillər gömrük rüsumundan azad idi ”.
Bizimxeber.az xəbər verir ki, bu etirafı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Solovyovla “YouTube” kanalında yayımlanan bir müsahibəsində edib. Peskov deyib ki, vaxtilə onun kimi bir çoxları xaricdən köhnə avtomobillər gətirib satırdı.“Hamımız bundan keçdik. İndi çox hörmətli tanışlarım, dostlarım var ki, vaxtilə İstanbuldan avtobusla iki günə Çerkizovski bazarına çanta-çanta mal gətirib satırdılar”.
Dediyinə görə, diplomatik xidməti dövründə Prezident Administrasiyasında vəzifəyə dəvət alıb. Peskov da öz növbəsində bu təklifi bir yüksəliş kimi qiymətləndirib və razılaşıb. Çünki Kremldə işləmək həmişə onun üçün çox cəlbedici görünüb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84