Türkiyədə xəstəxanada baş verən partlayışda ölənlərin sayı 9-a çatdı

21:47 - 19 Dekabr
    1520 oxunma

Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında oksigen balonunun partlaması nəticəsində ölənlərin sayı doqquza çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84