.
.

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu

17:32 - 07 Aprel
    8880 oxunma

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84