.
.

Türkiyədə hərbi helikopter düşdü - 9 şəhid, 4 yaralı

19:48 - 04 Mart
    5600 oxunma


Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb. Hadisə Bitlisin Tatvan rayonunda, Nemrud dağının ətəklərində, yerli vaxtla 17.30-da qeydə alınıb. Qəzanın səbəbi hələlik bilinmir. Ancaq bölgədə duman olduğu qeyd edilir.

Nazirlikdən bildirilib ki, yaralı hərbçilərin xəstəxanlara yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84