Türkiyədə əmlak alan Azərbaycan vətəndaşlarının sayı çoxalıb

09:07 - 16 Sentyabr
    970 oxunma

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır. Bu barədə Trend Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin avqust ayından 66 obyekt çoxdur.

2020-ci ilin avqust ayında Türkiyədə 170 408 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54,2 faiz çoxdur. 2020-ci ilin avqust ayında Türkiyədə 3 893 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 8 faiz çoxdur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84