. .

Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

10:46 - 05 Mart
    7741 oxunma

Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib. Şərqi Anadolu və Qara dəniz sahili bölgələrində yerləşən şəhərlərdə şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.

Bildirilib ki, Van, Hakkari, Şırnak, Siirt və Bitlisdə əlverişsiz hava şəraiti daha çox müşahidə olunacaq. Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib.

Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib.

Bizimxerber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84