.
.

Türkiyədə bütöv bir kənd yanır (FOTO/VIDEO)

22:28 - 17 Mart
    7120 oxunma


Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın ətrafa yayılıb. Yanğın hazırda 50 evi əhatə edir.

Yanğınla bağlı ölkənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklı açıqlama yayıb: "170 evli Dərəiçi kəndində başlayan yanğın digər evlərə də sıçrayıb”.

Artvin valiliyi ilə yanğının kəndin böyük hissəsini təhdid edən ölçüdə olduğunu  bildirib və bunu fəlakət adlandırıb. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürən helikopter tələb olunub. Hazırda bu istiqamətdə iş aparılır. İnsan tələfatı yoxdur.

​​​​​​​

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84