Türkiyədə “Ayasofya” izdihamı - Fotolar

13:25 - 24 İyul
    2585 oxunma

Bu gün “Ayasofya” 86 il sonra məscid kimi ibadətə açıq elan edib.  “Qafqazinfo” xəbər verir ki, vətəndaşlar "Ayasofya-i Kebir Cami-i Şerifi"də ilk namaz qılmaq üçün səhər azanından sonra bölgəyə axın ediblər. 

Məscidə gedən 11 nöqtədə təhlükəsizlik məntəqələri quraşdırılıb, ibadət üçün gələnlərə maska verilib, əlləri dezinfeksiya olunub. 

Bundan əlavə, İstanbul valisi Ali Yerlikaya “Ayasofya” ətrafında  namazı qılmaq üçün nəzərdə tutulan yerlərin dolduğunu, bu səbəbdən əraziyə girişlərin bağlandığını söyləyib.  Həmçinin tarixi məkana yaxın olan metrostansiyalar fəaliyyətini dayandırıb.  Eyni zamanda izdihama görə böyük tıxaclar yaranmağa başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da cümə namazı üçün iqamətgahından “Ayasofya”ya gəlib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84