Türkiyədə “Atmaca” raketlərinin yeni versiyası hazırlanır

00:10 - 27 Sentyabr
    490 oxunma

“Roketsan” müdafiə şirkətinin mütəxəsisləri düşmən raketlərini məhv etmək üçün yerüstü HHM kompleksləri tərəfindən istifadə edilə biləcək “Atmaca” gəmi əleyhinə raketlərin yeni modifikasiyasını hazırlayır.

Bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Roketsan”ın baş direktoru Murat İkinci “Anadolu” agentliyinə bildirib. Onun sözlərinə görə, Türkiyədə gəmi əleyhinə ilk raket olan - “Atmaca”nın tədarükü bu ilin sonuna planlaşdırılır. 

“Gəmi əleyhinə hazırlanan raket 250 km məsafədə suüstü hədəfi vura bilər. Uçuş trayektoriyası suyun səthindən keçir və bu texnologiyalar artıq Türkiyənin arsenalında mövcuddur”, - deyə İkinci bildirib. Onun sözlərinə görə, “Atmaca” raketləri xaricdə də böyük maraqla qarşılanır.

“Roketsan”ın baş direktoru vurğulayıb ki, son illərdə Türkiyənin müdafiə sənayesi ölkənin silah-sursat sahəsində idxal asılılığını xeyli azaltmaqla, həqiqətən də böyük nailiyyətlər əldə edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84