.
.

Türkiyədə 40 yaşlı azərbaycanlı iş adamı silahlı intihara cəhd edib - TƏFƏRRÜAT

01:33 - 26 Mart
    11360 oxunma


Ötən gün Beşiktaşda otellərin birində istirahət edən Nihat Əliyev adlı azərbaycanlı iş adamı 3 qadın dostu ilə əyləndikdən sonra başını silahla sıxaraq intihara cəhd edib.

Bizimxeber.az haberler.com portalına istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən yaralı iş adamının müalicəsi davam edir. Polis hadisə ilə əlaqədar araşdırmaya start verib. 

Məlumata görə, hadisə gecə saat 23.00 radələrində baş verib.

İddiaya görə 6 dostu ilə oteldə qalan 40 yaşlı azərbaycanlı iş adamı Nihat Əliyev, 3 qadın dostu ilə əyləndikdən sonra öz otağına getməyə qərar verib. Silah səsləri eşidən otel işçiləri və dostları dərhal polisə və otelin təhlükəsizlik işçilərinə məlumat veriblər. Hadisə yerinə gələn həkim qrupu iş adamını təcili yardımla xüsusi bir xəstəxanaya aparıblar.

Məlumata görə, iş adamının müalicəsi davam edir. Polis Nihat Əliyevlə birlikdə olan 3 qadını ifadə vermək üçün bölməyə aparıb. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Beşiktaş'taki lüks bir otelde Azerbaycanlı iş insanı intihar girişiminde bulundu

Beşiktaş'taki lüks bir otelde Azerbaycanlı iş insanı intihar girişiminde bulundu

Beşiktaş'taki lüks bir otelde Azerbaycanlı iş insanı intihar girişiminde bulundu

Beşiktaş'taki lüks bir otelde Azerbaycanlı iş insanı intihar girişiminde bulundu

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84