Türkiyə XİN başçısı: “Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”

12:10 - 17 Dekabr
    1110 oxunma

“Rusiya ilə müqavilələr imzalanıb. Digər tərəfdən, meydanda atılacaq addımları ev sahibi Azərbaycanla da müzakirə etməliyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O bildirib ki, hazırda Qarabağda müşahidə nöqtələrinə – mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: “Ən qısa zamanda bu mərkəzi quracağıq.

Atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”. 

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84