Türkiyə vaksinləri necə qorunur? - Video

14:12 - 07 Dekabr
    2410 oxunma

Türkiyə KİV orqanları koronavirusa qarşı hazırlanan və könüllülərə tətbiq olunan yerli “Faz 1” adlı peyvəndin hazırlanma prosesini işıqlandırıb. 

Hazırlıq Kayseridəki Erciyes Universitetində (ERU) həyata keçirilir. Bildirilir ki, sözügedən vaksin 44 könüllü üzərində tətbiq edilib. Proses 14 dekabrda tamamlanacaq və “Faz 2” üçün 15 dekabrdan sonra hazırlıqlar başlayacaq. KİV yerli peyvəndin saxlandığı yüksək təhlükəsizlik kabinetinə baxış keçirib.

“Bura etibarlı bir otaqdır, hər tərəfdə istilik qeydləri, xəritəsi var. Temperatur qeydlərinə görə bir siqnal sistemi mövcuddur. Həm bizə, həm də işçilərə bu siqnal sistemi daim xəbərdar edir. Bu rəflər normal olaraq soyuducu şərtlərinə görə hazırlanır. Yerli peyvəndimiz həmin kabinetlərdə saxlanıla bilər. Burada vaksini könüllüyə tətbiq etməzdən əvvəl rəfdən çıxardırıq. Peyvəndi otaq temperaturunda 15 dəqiqə saxlayırıq, sonra könüllüyə vururuq. Bu müddətdə peyvənd 4 dərəcə soyuducuda qorunur”,- deyə ekspert Əhməd İnal bildirib. 


Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84