Türkiyə Suriyada hücuma keçib

13:51 - 28 Aprel
    665 oxunma

Türk qoşunları Suriyanın İdlib əyalətinin Nayrab kəndi yaxınlığındakı M4 şosesi rayonunda yaraqlıların mövqelərinə hücuma keçib. 

Bizimxeber.az "İzvestiya"ya istinadən xəbər verir ki, mötəbər mənbənin verdiyi məlumata əsasən, "Həyat Təhrir əş-Şam" (XTŞ, Rusiyada qadağan olunmuş "Cabhat ən-Nusra") qruplaşmasının dayaq məntəqələrinə bir neçə hava zərbəsi də qeydə alınıb. 

"İzvestiya" açıqlayır ki, İdlibdəki döyüşlərin intensivliyinin kəskin şəkildə artmasına səbəb, mart razılaşması çərçivəsində Türkiyə hərbçiləri regionda münaqişənin aradan qaldırılmasına dair Rusiya ilə "razılaşması" əldə etdikdən sonra, yerli sakinlərin yaraqlıların dəstəyi ilə bağladıqları M4 şossesini yenidən açarkən baş verib.

Mənbələr bildiriblər ki, mülki şəxsləri barrikadalardan dağıtmağa cəhd zamanı silahlı yaraqlılar peyda olub və onlar türk zirehli texnikalarını atəşə tutublar. Əsgərlər əvvəlcə gözyaşardıcı qazdan istifadə etsələr də, sonradan bilavasitə hədəfli atəş açmağa başlayıblar. Adı açıqlanmayan həkimlərin məlumatına görə, beş nəfər qətlə yetirilib, çoxlu sayda yaralılar var.

Rusiya Müdafiə Nazirliyi və XİN-də bu məlumatları şərh etməyib. Aprelin 28-də Suriyadakı müharibə edən tərəflərin barışıq mərkəzindən, M4 şosesində  Rusiya-Türkiyə birgə patrullaşdırmanın altıncı dəfə keçirilməsi barədə məlumat verilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84