Türkiyə: “S-400 1 nömrəli hava hücumundan müdafiə sistemidir”
-
950 oxunma

"ABŞ-ın birtərəfli qaydada Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələrimizə təsir etməyəcək”.
Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ABŞ-ın sanksiya qərarı müttəfiqlik ruhuna uyğun deyil.
İ. Dəmirin sözlərinə görə, bu sanksiya onların fəaliyyətinə ciddi əngəl törətməyəcək: “Bizim qurum alqı-satqı yox, layihə həyata keçirir. Birbaşa ixrac etmək səlahiyyətimiz yoxdur. Bizim işimiz müdafiə sənayesi şirkətləri üzərindən icra olunur. Yəni bu sanksiyanın bizə əsaslı təsiri olmayacaq. Amma bu o demək deyil ki, biz dayanacağıq, əksinə biz daha aktiv fəaliyyət göstərəcəyik”.
Direktor qeyd edib ki, Rusiyadan aldıqları S-400 öz sinfində 1 nömrəli hava hücumundan müdafiə sistemidir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub.apa
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84