. .

Türkiyə Rusiya ilə Ukrayna arasında neytral qaldığını bəyan etdi

12:51 - 15 Aprel
    12593 oxunma

"Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhrandakı tərəflərdən heç birini dəstəkləmir, lakin onun nizamlanmasına dair diplomatik səylərə dəstək verməyə hazırdır". Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib.

"İndi Donbassda problemlər var, amma Minsk razılaşması da var. Biz tərəflərə bu problemi dinc və diplomatik yolla həll etməyi təklif edirik. Türkiyə hər bir ölkənin - Ukraynanın, Rusiyanın və bütün başqa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Biz Rusiya ilə də, Ukrayna ilə də münasibətlər qururuq.

Bizim hər bir ölkə arasında münasibətlərimiz başqa ölkələrlə münasibətlərə təsir etməməlidir. Ukrayna ilə Rusiya arasında anlaşılmazlıqda biz hansısa tərəfi dəstəkləmirik",-deyə Çavuşoğlu bildirib.

"Türkiyə siyasəti "bütün problemlərə, o cümlədən Krıma görə aydındır". Biz fikirlərimizi hər iki tərəflə səmimi və açıq şəkildə bölüşürük, konstruktiv siyasətimiz var. İndi gərgin vəziyyət səngiməyə başlayıb ki, bu da bizi sevindirir. Türkiyə bu prosesə töhfə verməyə hazırdır", - deyə türkiyəli nazir bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84